Ata və azyaşlı qızı dəm qazından zəhərləndi, ata öldü

ÖLKƏ
15:18 / 23.01.2022
1359

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binaların birində baş verib.

Həmin ünvanda yaşayan Ruslan Atamov və onun azyaşlı qızı, 2018-ci il təvəllüdlü Fatimə Atamova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaq, atanın həyatını xilas etmək mümkün olamyıb.

Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.

2