Qarabağa “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq

ÖLKƏ
10:07 / 24.01.2022
1412

Milli Məclisdə işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış və reinteqrasiya” ilə bağlı qanun layihəsi hazırlanacaq.

HİT.az xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.

0