Gəncədə AĞIR QƏZA: “ВАЗ” 15 metrlik quyuya düşdü - ÖLƏN VAR

ÖLKƏ
23:42 / 25.05.2020
1179

Gəncə şəhərinin Kəpəz rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Hit.Az-a verilən məlumata görə, hadisə ilə bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

0