Üç ölkə iflic oldu: işıq kəsildi, metro dayandı, insanlar köməksiz vəziyyətdə qaldı

ÖLKƏ
16:57 / 25.01.2022
1292

Elektrik enerjisi xəttində baş verən qəza nəticəsində Qazaxıstan, Qırğızıstan Özbəkistan işıqsız qalıb.

Mərkəzi Asiyanın üç ölkəsində elektrik enerjisinin kəsilməsinə səbəb Qazaxıstanda tranzit xəttinin həddindən artıq yüklənməsi olub.

Bu barədə yerli elektrik şəbəkəsi operatoru KEGOC-un mətbuat xidməti məlumat yayıb.
“Yerli vaxtla saat 11:59-da (Bakı vaxtı ilə 8:59) 500 kV-lik “Qazaxıstanın Şimal-Şərq-Cənubi” elektrik enerjisinin tranziti üçün güc artımı baş verib. Nəticədə tranzitin fövqəladə ayrılması baş verib. 

Nəticədə Qazaxıstanın Alma-Ata, Çimkent, Taras, Türküstan bölgəsi və ona bitişik ərazilərdə işıqla bağlı problemlər yaranıb. Bağlanma daha iki qonşu ölkənin - Qırğızıstan və Özbəkistanın sisteminə ciddi təsir edib.

Nəticədə Özbəkistanın Fərqanə və Daşkənd vilayətləri, Fərqanə vadisi, Özbəkistanın Sırdərya, Cizzəx, Səmərqənd, Nəvai və Kaşkədərya vilayətləri işıqsız qalıb.

Paytaxt sakinlərindən çox zərurət olmadıqca şəxsi nəqliyyatdan istifadə etməməyə çağırılıb.
Paytaxt Daşkənddə işıqforlaırn işləməməsi nəticəsində şəhərdə böyük tıxaclar yaranıb. Bundan əlavə Daşkənd metrosu işləmir.

Özbəkistanın ən böyük dağ-xizək kurortu olan Əmirsoyda işıq kəsilməsi səbəbindən sərnişinlər kanatda ilişib qalıb, xilasedicilər onları çıxarmağa çalışır.

Bütün ölkə ərazisində nasos stansiyalarının dayanması səbəbindən istilik, kanalizasiya və içməli su təchizatı işləmir.

Qırğızıstanda elektrik enerjisi ilə bağlı problemlər Bişkekin əksəriyyətinə təsir edib, burada da işıqforlar söndürülüb, yollarda hərəkət nəzarətçiləri işləyir. Paytaxt “ Manas ” hava limanı avtonom enerji təchizatı sisteminə keçib./“Ölkə.Az”

2