Bakıda gənc qadın evində ölü TAPILDI

11:04 / 26.01.2022
3166

Bakıda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Hit.az-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 32 yaşlı Hüseynova Məsumə Əbdülrəhman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

0