Rus Dram Teatrının aktyorları koronavirusa yoluxdu

ÖLKƏ
17:04 / 26.01.2022
1098

Azərbaycan Dövlət Rus Dram Teatrında iki tamaşanın nümayişi koronavirusa görə təxirə salınıb.

Bu barədə Hit.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qərar aktyorların COVID-19-a yoluxduğu üçün qəbul edilib: "Teatr fəaliyyətini davam etdirir. Digər tamaşalar nümayiş etdirilir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb.

0