Baş Prokurorluqdan direktorun səs yazısı ilə bağlı AÇIQLAMA

ÖLKƏ
14:28 / 28.01.2022
1916

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı fakt rayon prokurorluğunda araşdırılmağa başlanılıb.

Bu barədə Hit.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Qeyd edilən faktla bağlı hazırda araşdırma aparılır”, - qurumun Mətbuat Xidmətindən bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılıb. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyir. Müəllim isə imkanının olmadığını söyləyir.

0