Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin edildi (FOTO)

ÖLKƏ
17:52 / 28.01.2022
1423

Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi dəyişib.

Hit.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov əmr imzalayıb.

Əmrə əsasən, idarənin rəisi Elbəy Əli işdən çıxarılıb.

Nazirin digər əmri ilə Nurəddin Mehdiyev Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, N.Mehdiyev Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvüdür. 

0