Azərbaycanda şagird dərs zamanı BIÇAQLANDI (YENİLƏNİB)

ÖLKƏ
12:35 / 31.01.2022
1641

Qazaxda məktəblini bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisəni törədən məktəbin 10-cu sinif şagirdi Vəliyev Qaraca Namiq oğludur.

*** 12:24

Qazax rayonunda məktəblilər arasında bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə baş verib.

Belə ki, bıçaqlanma hadisəsi 10 və 11-ci sinif şagirdləri arasında olub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

0