"Mənimlə paylaş" layihəsinə start verildi - VİDEO

ÖLKƏ
15:49 / 31.01.2022
1167

Azərbaycanda bir ilk!

Hər birimizin bölüşməyə ehtiyacı var. Yarqılanmadan, xor görülmədən... Fərqli şəhərlərdə, fərqli ölkələrdə və bəzən eyni evin içində, ətrafımızda insanların olmasına baxmayaraq özümüzü yalnız hiss edərik.

Bəzən dönüb geriyə baxdığımızda əsəbimizi, kədərimizi, sevincimizi və hətta xoşbəxtliyimizi paylaşacaq insan tapmarıq. İnsanlar təcavüzə məruz qalır, susdurulur. Şiddətə məruz qalır susur. Gecə həyatı ön yarğı ilə qarşılanır. Amma onların hansı yollardan keçdiyini, hansı həyat hekayələrinin olduğunu bilmirik. Odur ki, onları dinləməyin, anlamağın və dünyaya səs salmağın zamanı gəldi.

Həyat yolçuluğuna hazırsan?

HİT.az saytının informasiya dəstəyi ilə ərsəyə gətirilən, Zəhra Zahidovanın təqdimatında "Mənimlə paylaş" layihəsinə start verilib.

Artıq verilişin anonsu yutub kanalında yayımlanıb.

0