Ağstafa Poylu kəndində sakinlərlə görüş keçirildi - FOTOLAR

ÖLKƏ
17:59 / 31.01.2022
813

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun Poylu kəndində sakinləri maraqlandıran məsələləri növbəti dəfə yerində araşdırıb, vətəndaşlar tərəfindən irəli sürülən təklif və müraciətləri qəbul edərək nəzarətə götürüb.

Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti üzrə idarə, müəssisə və təkşilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

RİH başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin kənddə son olaraq görülən işlərə dair arayışı dinlənilib. Qeyd olunub ki, yerli əhalinin məşğulluğunun yaxşılaşdırılması məqsədi ilə baramaçılığın inkişafı ilə əlaqədar yeni salınmış tut bağında yüzdən çox ting salınıb, 5 ədəd subartezian quyusu təmir olunub, kədnin suvarma arxının 1200 metri betonlanıb, 1600 metri isə lildən təmizlənib,    yeni məhəllədə 450 metr uzunluğunda  avtomobil yolu təmir olunub.

0