Prezident Administrasiyasında YENİ TƏYİNAT (FOTOLAR)

ÖLKƏ
10:41 / 01.02.2022
8619

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) əməkdaşı Tural Məmmədov Prezident Administrasiyasının mətbuat xidmətinə təyin olunub.

Hit.az konkret.az-a istinadən xəbər verir ki, o, AzTV-nin İnformasiya Proqramları Studiyasının baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, peşəkar televiziya jurnalisti kimi tanınan Tural Məmmədovun atası tanınmış jurnalist Əhməd Qədiroğludur. O, uzun müddət AzTV-nin Gəncə üzrə xüsusi müxbiri işləyib.

Həmkarımıza yeni işində uğurlar arzu edirik!

0