Vilayət Eyvazov onu şöbə rəisi TƏYİN ETDİ

ÖLKƏ
11:08 / 01.02.2022
1734

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.

Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.

0