Gənc psixoloq: "Kişilərin boşanmasına səbəbkar analarıdır"

ÖLKƏ
13:11 / 01.02.2022
6803

HİT.az gənc psixoloq, yaşam koçu Türkiyənin Azərbaycandakı nümayəndəsi, ZZ Group Academynin təsisçi və rəhbəri Zəhra Zahidovanın yazısını təqdim edir:

"Son illər statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı artır. Kişilərin xəyanət etmə faizi qadınlara nisbətən çoxdur. Bizdə ümumiyyətlə qızı ərə verəndə "dözməlisən" sözü var. "Mən necə dözmüşəm, sən də dözüb oturmalısan". 

Kişilərin ilk sevgililəri analarıdır. Qızların ilk sevgiləri ataları olduğu kimi. Adətən kişilər gözlərini açandan analarını gördüyü üçün, analarının xarakterini, hərəkətlərini mənimsəyirlər. Gələcəkdə də həyatlarındakı qadını anasının xarakterinə bənzədirlər. Əksəriyyət kişilər tipaj olaraq ana modeli qadınla ailə həyatı qururlar. Və əksəriyyət kişilər narsist olaraq yetiştirilir. Burada yenə də ana modelinə nəzər salsaq görərik ki, analar tərəfindən oğlanların psixologiyasına manipulyasiya edilir. Əksəriyyət analar gəlinin yanında olmaq əvəzinə qarşısında olmağı seçirlər. Qadının qadına şiddəti bu zaman başlayır. Məsələn "mənim oğluma tapılmayan qız?", "kişidir xəyanət edər", "Vaxtında mənim də yoldaşım xəyanət edib", "əsas odur axşam evə gəlir" analardan bu kimi fikirlər eşidirik.

Bu zaman narsizm daha çox dəstəklənir. Və boşanmaların sayı artır. Analar oğlanı "sənə hər şey olar" fikri ilə böyüdür. Bu zaman kişilər həyatlarındakı  qadını itirməkdən qorxmurlar. 

"Oğluma nə çox qız var" düşüncəsi kişilərin şüuraltısına yeridilir, boşanmalara təkrik edirlər. Bu zaman kişinin həyatındakı qadın  əşyaya çevrilir. Kişinin şüuraltısında sanki bezəndə "əşya kimi dəyişmək olur" fikri yaranır. Təbii ki yalnış psixologiyadır.

Bir də zor gücünə davam edən evliliklər var. O, artıq evlilik deyil, özü üçün yaratdığı cəhənnəm əzabıdır. Kişilər sevib evlənirlər. İllər keçir, 5 il, 7 il, 15 il. Anlayıram, bu ağrılıdır, amma gəlir ki, mənim sevgim bitib, başqa bir xanımı sevirəm və ailəsini dağıdır, gedir həmin xanımın yanına. Dünyaya gəlmişik xoşbəxt olmaq üçün.

Ümumiyyətlə, sevgi nə deməkdi? Təmənnasız bütün gözəl hisslərini qarşı tərəfə ötürürsən və qarşılıq gözləmirsən. Sevgi bu deməkdir. Bu gün elə cütlüklər var ki, qəribə də olsa, bir evdə yaşayırlar, amma sənəd üzərində. Kişi öz həyatını yaşayır, qadın öz həyatını. Bir-birlərinə qarışmırlar. Sadəcə, "camaat nə deyər" fikrinə görə, sənəd üzərində ailəlidirlər. Amma deyir bir-birimizə qarışmırıq. O öz həyatını yaşayır, mən öz həyatımı. Kişi də bilir ki, qadının sevgilisi var, qadın da bilir ki, kişinin. Sadəcə uşaqlar bizi bir yerdə görsün, travma yaşamasınlar deyə, rol oynayırlar, özlərini incidirlər.

Qadınlar anlamalıdır ki, ömür boyu bir insana özünü həsr eləmək, çox çətindir. Tamamilə başqa-başqa psixologiyada böyümüş insanlar gəlib birləşirlər. Bundan sonra 50-60 il bir yerdə yaşamaq çətindir. Biz adi doğma valideynlərimizlə bir yerdə olanda dava edirik. Arada ayrı qalın, bir-biriniz üçün darıxın. Göz görür, filört edir, müqayisələr gedir. Sən əgər ailənin içində yaxşısansa, müqayisə edəndə deyəcək mənimkinə çatan olmaz. Yenə də öz xanımına qayıdacaq. Qadın-kişi münasibətləri yox, insanlar özləri mürəkkəbdirlər".

0