İcra başçısı 1-ci müavin təyin etdi

ÖLKƏ
14:55 / 01.02.2022
2108

Goranboy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyinat olub.

Goranboy Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin müvafiq sərəncamına əsasən, Nazarov Seymur Fazil oğlu rayon icra başçısının 1-ci müavini vəzifəsinə təyin edilib.

Seymur Nazarov bu vəzifəyə qədər Goranboy rayon təhsil şöbəsinin müdiri vəzifəsini daşıyırdı.//Redaktor.az

0