Nabranda ayağı kəsilən İmran dünya birincisi olmaq istəyir - VİDEO

ÖLKƏ
11:24 / 02.02.2022
1240

9 il öncə - 2013-cü ilin 21 iyulunda baş verən hadisə bütün ölkəni sarsıtdı. Söhbət ayaqlarından birini bədbəxt hadisə nəticəsində itirən 3 yaşlı İmrandan gedir. 

"Nabran Holiday Village" istirahət mərkəzində baş verən bu sarsıdıcı olay bütün ölkədə rezonans yaratdı. Medianın gündəmindən düşməyən hadisəyə cəmiyyət kəskin reaksiya verirdi.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə İmranın müalicəsi bu ölkədə davam etdirildi. 

İndi 11 yaşı olan İmranın əzmkarlığı, həyatla olan mübarizəsi barədə Qaynar TV-nin hazırladığı videomaterialı sizinlə bölüşürük...

0