Nazirlikdən şagirdlərin çubuqla döyülməsi görüntülərinə MÜNASİBƏT

ÖLKƏ
12:52 / 02.02.2022
1701

Təhsil Nazirliyi Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürovanın sinifdə şagirdləri çubuqla döyməsini əks etdirən görüntülərə münasibət bildirib.

Hit.az xəbər verir ki, nazirlikdən "Report"un sorğusuna cavab olaraq deyilib ki, görüntülər köhnədir:

"Video Cəlilabad rayon Akademik Zərifə Əliyeva adına liseydə 4 il əvvəl - 2018-ci ildə lentə alınıb. Həmin ildə isə Səidə Şükürova müəllim kimi fəaliyyət göstərirdi".

0