Prezident iki Xalq artistinə ev verdi

ÖLKƏ
14:09 / 02.02.2022
1705

Prezident İlham Əliyevin göstərişinə əsasən, iki xalq artistinə ev verilib.

Hit.az Oxu.Az-a istinadən xəbər verir ki, mənzil alanlardan biri Xalq artisti, tarzən Malik Mansurovdur.

Digəri isə Xalq artisti, kamança ifaçısı Elşən Mansurovdur.

Onların hər ikisi üçotaqlı mənzillə təmin olunub.

Qeyd edək ki, Malik Mansurov və Elşən Mansurov qardaşdırlar.

0