Azərbaycan Avtomobil Yolları Agentliyinin aparat rəhbəri təyin olunan İlqar Əhmədovun atası İsmayıl Əhmədov dünyasını dəyişib.
Hit.az 32gun.az-a istinadən xəbər verir ki, məlumatına görə, İ.Əhmədov Qubadlı rayonundan didərgin düşdükdən sonra məskunlaşdıqları Gəncə şəhərində dəfn olunub.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Avtomobil Yolları Agentliyinin sədri Saleh Məmmədovun əmri ilə müşavir İlqar Əhmədov aparat rəhbəri, aparat rəhbəri olan Tariyel Pənahov isə müşavir təyin edilib.
Nilufər


