Bu şəxslərin maaşı artımla ödənildi

ÖLKƏ
16:52 / 02.02.2022
1452

Bağçada işləyən 37 mindən çox işçinin maaşı artımla ödənilib.

Hit.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlikdən maliyyələşdirilən bütün təhsil müəssisələrinin, o cümlədən 1 670-dən çox dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 37 000-dən çox işçinin yanvar ayı üzrə əməkhaqları ölkə başçısının müvafiq sərəncamları ilə 1 yanvar 2022-ci il tarixindən nəzərdə tutulan artımlarla hesablanılıb ödənilib.

0