“Mənim 22 yaşım var. Müharibədən sonra ilk dəfədir ki, öz doğma torpağımda belə rahat yeriyirəm”
Bu sözləri Baku TV-yə müsahibəsi zamanı 44 günlük Vətən Müharibəsinin iştirakçısı Mamedov Maşallah deyib.
O bildirib ki, ata-anası Zəngilan rayonunda doğulub.
“Mən Zəngilanı heç görməmişdim. İlk dəfə orada döyüşmək üçün gedəndə gördüm. Əsgərlikdən altı ay idi gəlmişdim. 2020-ci ilin sentyabrın 27-də müharibə başladı, iki-üç gün sonra gedib könüllü olaraq ordu sıralarına yazıldım. Bir neçə müddət sonra isə məni artıq çağırdılar”, – deyə o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: