Tovuzda ağır qəza - ölən var

ÖLKƏ
22:17 / 02.02.2022
1114

Tovuzda ağır yol-nəqliyyat qəzası olub.

HİT.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. 

İki minik avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Vüqar Əliyev ölüb, iki nəfər 1952-ci il təvəllüdlü Səmayə Əhmədova və 1974-cü il təvəllüdlü Elmar Həsənov isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

2