Kamil Zeynallı: "Bir həyətdə 3 ailə yaşamışıq, babama ata demişəm" - VİDEO

ÖLKƏ
10:34 / 04.02.2022
1836

"Dəfələrlə olub ki, şəhid məclislərində duyğularımı saxlaya bilməyib ağlamışam".

Bunu Kamil Zeynallı yutub layihəsi olan "Mənimlə paylaş" verilişində deyib.

Onun sözlərinə görə, babası dünyasını dəyişdikdən sonra həyat şəraiti daha da çətinəşib:

"Bu həyatda hər bir insanın öz hekayəsi var. Bu dünyada dərdsiz, problemsiz insan yoxdur. İnsan sevinməli, kədərlənməli, ağlamalı və gülməlidir. Bunlar olmasa həyatın marağı olmaz. Yəni hər bir insan bu sınaqlardan keçməlidir ki, həyata tutunmağı bacarasın, həyatın qədirini biləsin. Mən, çox duyğusal bir insanam. İnsanlar hərəsi bir şeyden yaralıdır. Bir sözlə, hər kəsin gözü tərəzidir. Və hərkəs bir-birini yaxşı tanıyır. Qaldı ki kövrək olmağa, bəli həqiqətən də mən çox kövrək bir insanam, baxır harada və nəyə görə. Mən, kövrəlirəm şəhidlərə və qazilərə görə. Əslində duyğularımı gizləyən bir insanam, yəni cəmiyyət içində duyğularımı saxlayan bir insanam. Amma mən bir şeydə duyğularımı gizləmirəm, o da şəhid məclislərində. Dəfələrlə olub ki, şəhid məclislərində duyğularımı saxlaya bilməyib ağlamışam".

Kamil hər sevginin öz yeri olduğunu vurğulayıb:

"Sevgidən danışsaq, əslində sevgi normal bir hissdir. Məsələn uşaqlıq sevgisi çox normal bir hissdir. Hər sevginin öz yeri var. Sevgi müxtəlifdir. Ananın da sevgisi başqadır, yoldaşın da, övladın da. Əgər bir kişi həyat yoldaşıyla anasının, anasıyla övladının sevgisinin arasında fərq qoyursa o, sevgi deyil".

Verilişin ilk qonağı olan Kamil böyük çətiniklər yaşadığını bildirib:

"Mən Göyçay rayonundanam, uşaqlığım anamla bir yerdə orada keçib. Bir həyətdə 3 ailə yaşamışıq, 2 dayım ailəsiylə, babam, anam və mən bir yerdə olmuşuq. Sözlerimə görə, üzr istəyirəm. Anam 3 ayın gəlini olub, ayrıldıqdan sonra  öz ata yurduna gəlib. Və mən dünyaya göz açanda, yəni danışmağa başlayanda babama ata demişəm və dayılarım da mənə həmişə deyərdilər ki, ata yox, o sənin babandır. Mən də həmin vaxtlar çox şeyi dərk etmirdim. Və sonra 5 yaşım olanda babamı çox sevdiyimi başa düşdüm. Onu çox sevirdim. O, həmişə məni qoruyurdu və bizə çox yaxşı baxırdı. Babam dünyasını dəyişənə qədər mənə çox yaxşı baxırdı. Sonra babam da dünyasını dəyişdikdən sonra təbiki bizim də həyatımızda dəyişikliklər oldu, problemlərimiz çoxaldı. Sonra gəldik Bakıya babamın bir yaxını var indi Zemfira xala, gəldik onun yanına, anam onun evində qulluqçu işlədi. Mən də sonra başladım özümü tanımağa, işləməyə. Artıq nə isə ortaya çıxartmaq lazım idi. Nə qədər onun onun, bunun evində qalmaq olardı. Yəni belə mərhələlər keçə-keçə bu yerə gəlib çıxdım. Yaxşı ki, qurban olduğum bu çətinlikləri mənə yaşadıb. Və yaşadıb ki, gələcəkdə həyatımızın qədrini bilək və həyata necə başlamaq lazımdır onu dərk edək".

Qeyd edək ki, layihənin informasiya dəstəyi Hit.azQaynarinfo.az saytlarıdır.

Elnarə Qalamova

1