Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama

15:31 / 04.02.2022
1711

Hal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib.

HİT.az xəbər verir ki, bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, hazırda statistika göstərir ki, məktəblərdə əvvəlki aylara nisbətən yoluxma artımı müşahidə olunur.

"Vəziyyət nəzarət altındadır və məktəblərin tamamilə qapadılmasına ehtiyac görülmür", - deyə o bildirib.

1