Operativ Qərargah məlumat yaydı - Vaksin olunanlarla bağlı

ÖLKƏ
17:09 / 07.02.2022
913

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı sıfır, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 58 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 218 614, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 248 383, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 752 395, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 2 217 836 təşkil edir.

0