Modelə oxşayan psixoloqlar... – Aktyorun tənqidinə cavab gəldi

ÖLKƏ
11:52 / 08.02.2022
995

"Bütün psixoloqların haqqında danışmaq, belə ümumiləşdirilmiş fikirlər söyləmək, məncə, doğru deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında psixoloq Elnur Rüstəmov aktyor Kamran Ağabalayevin psixoloqları tənqid etməsi ilə bağlı fikirlərinə münasibətində deyib. Elnur Rüstəmovun sözlərinə görə, qanunla psixoloji yardım könüllüdür: 

"Hansısa psixoloq model kimi geyinib, model kimi danışırsa, bu onun öz işidir. İnsanın seçim imkanı var. Heç kim heç kimi hansısa psixoloqun yanına getməyə məcbur eləmir, demir ki, get ondan dəstək al. Bu gün seçim imkanları var və hər kəs də psixoloqa getməyə özü qərar verir. Psixoloji dəstək də məcburi deyil, könüllüdür. İnsandır, istəyir psixoloqa müraciət edir, könüllü şəkildə dəstək alır. Psixoloji dəstək haqqında qanunda da var ki, psixoloji yardım könüllüdür”.
 
Elnur Rüstəmovun fikirincə, bir nəfərə görə, bütün psixoloqların fəaliyyətini kölgə altına almaq olmaz:

"Kimsə özünü modelə oxşadır, şık geyinirsə, bu onun öz işidir. Geyimin onun fəaliyyəti ilə bir əlaqəsi yoxdur. Aktyor özü də qeyd edib ki, yaxşı psixoloqlara müraciət edin. Kamran yaxşı psixoloq deyəndə kimləri nəzərdə tutur? Nə demək istəyir? Özü psixoloqa gedibmi? Gözləntiləri nə olub? Biz bunu bilmirik, ancaq onun bütün psixoloqlar haqqında danışmağı yaxşı hal deyil”.

Qeyd edək ki, aktyor Kamran Ağabalayev psixoloqları tənqid edib. O, son günlər gündəmə gələn psixoloqların görünüşünü qınayıb və onların özlərini modelə oxşatdıqlarını vurğulayıb.

0