Koronavirusa görə bağlanan “AzDrama” açıldı

ÖLKƏ
09:19 / 09.02.2022
793

İki həftə əvvəl əməkdaşları COVID-19-a yoluxduğuna görə müvəqqəti bağlanan Akademik Milli Dram Teatrı fəaliyyətini yenidən bərpa edib.

Hit.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya teatrın mətbuat katibi Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, teatr fevralın 7-də açılıb: “Koronavirusa yoluxmuş əməkdaşlarımızın karantin müddəti bitib. Normal iş şəraitində davam edirik”. Zeynallı qeyd edib ki, fevralın ilk tamaşası ayın 11-də oynanılacaq.

0