Paşinyanın varis açıqlaması səs-küyə səbəb oldu

ÖLKƏ
21:34 / 09.02.2022
755

Ermənistan parlamentinin bu gün keçirilən sual-cavab sessiyası səs-küylü açıqlama ilə yadda qalıb.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana sual ünvanlayan “Ermənistan” fraksiyasının deputatı Aqnessa Hamoyan deyib:

“Cənab Mirzoyan, siz xarici işlər naziri təyin olunanda Nikol Paşinyan sizi təqdim edərkən dedi ki, siz məsuliyyəti bölüşməlisiniz. Əvvəlki sual-cavabdan yaranan təəssürat ondan ibarətdir ki, siz təkcə məsuliyyəti bölüşmürsünüz. Bu gün məsələn, Nikol Paşinyanın yerinə Lukaşenkoya cavab verdiniz. Daha sonra bu suala da cavab verdiniz ki, Nikol Paşinyan Türkiyəyə gedəcək, ya yox? Diqqət etdim ki, bir çox suallara cavab verirsiniz, artıq belə bir təəssürat yaranır ki, siz nəinki Nikol Paşinyanla məsuliyyəti bölüşməyə başlamısınız, həm də öz davranışınızla Nikol Paşinyanın sizi varis kimi hazırlaması ilə bağlı söz-söhbətləri təsdiq edirsiniz. Siz təkcə Lukaşenkoya deyil, Əliyevin də bəyanatlarına cavab verməyə hazırsınızmı?”.

Müxalifətçi deputat fikrini sona çatdıra bilməyib. Onun mikrofonu söndürülüb, xarici işlər nazirinin əvəzinə Nikol Paşinyan tribunaya yaxınlaşaraq öz övladlarını varisləri kimi təqdim edib.

Hamoyan Nikol Paşinyana “varis” sözünün digər mənalarını izah etməyə çalışıb.

1