Abşeronda kütləvi dava: Xəsarət alan var

ÖLKƏ
11:14 / 10.02.2022
632

Abşeronda kütləvi dava olub.

HİT.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Masazır qəsəbəsində, “Qurtuluş 93” yaşayış kompleksində qeydə alınıb. Dava zamanı 2001-ci il təvəllüdlü Əliyev Ramal Rəşad oğlu ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona baş-beyin silkələnməsi, sol əng sümüyünün və burun sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0