Nazirlik market rəhbərliyinə məcburi göstəriş verdi

ÖLKƏ
19:13 / 10.02.2022
1124

Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində havaya qara tüstünün atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov  Hit.az- a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fəaliyyət göstərən “Bazarstore” marketə məxsus generatorda səhər saatlarında baş verən nasazlıq səbəbindən atmosferə qara tüstünün atıldığı müəyyən edilib:

"Faktla bağlı akt tərtib olunub. Generatorda baş verən nasazlığın tez bir zamanda aradan qaldırılması və belə hallara yol verilməməsi üçün marketin rəhbərliyinə məcburi göstəriş verilib".

0