SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti kollektivə təqdim olundu

ÖLKƏ
19:36 / 10.02.2022
1228

Fevralın 10-da SOCAR TOWER-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə SOCAR-ın yeni təyin olunmuş birinci vitse-prezidenti Rövşən Nəcəf kollektivə təqdim olunub.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov yeni təyin olunmuş birinci vitse-prezident Rövşən Nəcəfi təyinatı münasibəti ilə təbrik edib.

M.Cabbarov Prezident İlham Əliyevin Sərəncamına əsasən, Rövşən Nəcəfin həm də SOCAR prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq icra edəcəyini qeyd edib.

0