Həbsdən çıxan şəhid atası oğlu ilə son görüşündən danışdı  - VİDEO

ÖLKƏ
21:59 / 10.02.2022
1472

"Prezidentin tapşırığı ilə azadlığa buraxılan dörd şəhid atasından biri oldum”.

Bunu Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişində şəhid Şahgündüz Cabbarovun atası Kamil Cabbarov deyib.

Vətən müharibəsinin başlamasını da, övladının şəhidlik xəbərini də həbsdə eşidən ata oğlu ilə son görüşündən danışıb. 

"Şahgündüzlə söhbətlərimizin əsas mövzusu Qarabağ idi. Vətənə yaxşı oğul olmaq istəyirdi və bunu bacardı”, - deyə o qeyd edib.

Şəhid atası onunla birlikdə məhkumluq həyatı yaşayanların müharibənin başlamasına reaksiyasından, döyüşə getmək üçün ərizə ilə müraciət etməsindən də bəhs edib.

0