Həbs olunan bank sədrinin bu əmlakları müsadirə olundu - SİYAHI

ÖLKƏ
12:38 / 11.02.2022
2669

14 il azadlıqdan məhrum edilmiş “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun əmlakları müsadirə olunub.

HİT.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunan əmlakların siyahısını təqdim edir:

- Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43

- Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, Babək prospekti 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi

- Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi

- Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi

- Bakıda yerləşən daha iki mənzil

- Ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi

- “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı avtomobillər.

Qeyd edək ki, Nadir İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilib.

Nadir İsmayılıov Bakı Ağır Cinayətlər Məhkəməsinin fevralın 4-də çıxardığı hökmə əsasən, 14 il müddətinə azadlıqdan məhrum olunub.

0