Şəkidə yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum oldu FOTOLAR (YENİLƏNİB)

17:41 / 11.02.2022
933

Şəkidə yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

HİT.az "Report"a istinadən xəbər verir ki, qəza zamanı sürücü, 35 yaşlı Emin Rəsulzadə və onun qızı 9 yaşlı Nəzrin Rəsulzadə yaralanıb.

Hadisə nəticəsində ölənlər isə sürücünün həyat yoldaşı, 40 yaşlı Səbinə Rəsulzadə və oğlu, 3 yaşlı Eldar Rəsulzadədir.

*** 16.07

Şəkidə ağır yol qəzasında ana və azyaşlı övladı ölüb

HİT.az "Report"a istinadən xəbər verir ki, hadisə Şəki rayonunun Kövər Zəyzid kəndi ərazisində qeydə alınıb.

Belə ki, Emin Rəsulzadənin idarə etdiyi "KİA SPORTAGE" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün həyat yoldaşı və azyaşlı övladı hadisə yerində ölüb. E. Rəsulzadə və onun digər övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

0