Bakıda üç evdən oğurluq etməkdə şübhəli bilinən qadın saxlanıldı

ÖLKƏ
20:47 / 12.02.2022
975

Badamdar qəsəbəsində baş verən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. 

Məlumata əsasən, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə fevralın 11-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki mənzillərdən birinin eyvanındakı zivədən 90 manat dəyərində geyim əşyalarının oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini H.Səfərova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun həmin gün qəsəbə ərazisində daha 3 evin eyvanlarındakı zivədən geyim əşyaları oğurlaması da müəyyən edilib.

0