Ermənistanda zəlzələ Azərbaycanda da hiss olunub

ÖLKƏ
23:48 / 13.02.2022
532

RSXM Azərbaycanın bəzi rayonlarında hiss olunan zəlzələ ilə bağlı açıqlama verib.

Hit.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, Ermənistan ərazisində 5,9 maqnitudada zəlzələ olub.

Qeyd edilir ki, güclü zəlzələ Azərbaycanın həmsərhəd rayonlarda da hiss olunub.

22:32

Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub.

"Report"un  məlumatına görə, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb.

Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən və digər şəhərlərdə, habelə Mərkəzi Aran rayonlarında da hiss olunub. Yeraltı təkanlar eyni zamanda Azərbaycanın şimal-qərb rayonlarında da hiss edilib.

0