Bakıda uşaq bağçalarından oğurluq edildi

ÖLKƏ
12:31 / 14.02.2022
894

Bakıda uşaq bağçalarından oğurluq edilib.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1