Azərbaycanda yeni dövlət şirkəti yaradılır

ÖLKƏ
13:33 / 14.02.2022
1001

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin İnzibati binaların istismarı idarəsi kommersiya qurumuna çevrilir.

HİT.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, idarə adını və təşkilati-hüquqi formasını dəyişərək eyni adlı MMC-yə çevrildiyini elan edib.

1