Sabah Sumqayıtda su olmayacaq

ÖLKƏ
20:00 / 14.02.2022
1174

Sumqayıt şəhərinin bir hissəsində içməli suyun verilişi dayandırılacaq.

HİT.az xəbər verir ki, bu barədə "Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral su kəməri üzərində yeni siyirtmənin quraşdırılması ilə əlaqədar sabah Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

0