Rüşvət tələb edən məktəb direktoru işdən çıxarıldı - VİDEO

ÖLKƏ
10:06 / 15.02.2022
837

Bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru vəzifəsindən çıxarılıb. 

HİT.az-ın Oxu.az-a istinadən məlumatına görə, məktəb direktoru Mətanət Məmmədova artıq işdən çıxarılıb. 

Təhsil Nazirliyindən Oxu.Az-a bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir:

“İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl M.Məmmədovanın müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edən səs yazısı yayılmışdı.

0