Bakıda daha iki məktəb COVID-ə görə BAĞLANDI  

ÖLKƏ
13:48 / 15.02.2022
1210

Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəb distant təhsilə keçir.

Lent.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsində müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma qeydə alınıb. Bununla bağlı məktəbdə tədris sabahdan etibarən bir həftə müddətinə distant formada davam etdiriləcək.

Bildirilib ki, 218 nömrəli məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.

Qeyd edək ki, hazırda məktəbdə 159 müəllim çalışır, 4000-ə yaxın şagird kontingenti var.

**** 10:25

Bakıdakı 66 nömrəli "Tərəqqi liseyi" distant təhsilə keçib. Lent.az-ın əldə etdiyi məlumata görə, müəllimlər və şagirdlər arasında kütləvi yoluxma səbəbindən məktəb bağlanıb. Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, məktəblərdə karantin müddəti 1 həftəyə endirilib.

0