Ramiz Mehdiyevin köməkçisi polisə müqavimət göstəribmiş - VİDEO (YENİLƏNİB)

ÖLKƏ
18:02 / 15.02.2022
3122

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov polisə müqavimətdə ittiham olunub.

APA-nın xəbərinə görə, E. Əmirov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirləndirilib.

Yasamal rayon Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Əmirov 30 sutka həbs edilib.

Qeyd edək ki, Eldar Qurban oğlu Əmirov Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə Ramiz Mehdiyevin köməkçisi olub.

*** 14:02

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə APA-ya nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin köməkçisi də olub.

***12:05

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hit.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi polis polkvniki Ehsan Zahidov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Eldar Əmirov DİN-ə daxil olmuş bir məlumatın araşdırılması məqsədi ilə saxlanılıb: “Hazırda araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

1