Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi

ÖLKƏ
19:15 / 15.02.2022
1144

Samux rayon Polis Şöbəsinə yeni təyinat olub.

HİT.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Ramil Səfərəliyev Samux rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Ramil Səfərəliyev daha əvvəl Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini olub.

1