O fotodakı şəhid anası dünyasını dəyişdi - FOTO

ÖLKƏ
08:58 / 16.02.2022
1645

Birinci Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası İltima Qasımova vəfat edib.

HİT.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin anası 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi. Görüşdə şəhid anası ilə Prezidentin birgə çəkilmiş fotosu rəğbətlə qarşılanmışdı.

2