Vilayət Eyvazovdan yeni TƏYİNAT

ÖLKƏ
14:57 / 16.02.2022
1043

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin Xüsusilə Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Ələddin Musayev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini təyin olunub.

0