Azərbaycanda daha 7 148 nəfər COVID-19-a yoluxdu - 22 nəfər vəfat editdi

ÖLKƏ
20:42 / 16.02.2022
848

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 148 yeni yoluxma faktı qeydə alınıb, 7 387 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 759 753 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 703 952 nəfər müalicə olunaraq sağalıb, 9 127 nəfər vəfat edib. 46 674 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 346, bu günə qədər isə ümumilikdə 6 432 504 test icra olunub.

0