Ata "sünnətimdə ağlamışam" deyən oğlundan İMTİNA ETDİ - VİDEO

ÖLKƏ
01:03 / 17.02.2022
1160

ATV-də yayımlanan "Bizimləsən" verilişində ata oğlundan imtina edib.

Hit.az bizim.media-ya istinadən xəbər verir ki, qız qaçıran oğlu ilə bağlı efirə qoşulan atası Elşən canlı yayımda övladından imtina edib.

"Evlənib, Allah xoşbəxt eləsin. Bu yaşında o anasına baxmalıdır, anası ona yox. Etdiyi əməllərə görə qardaşı onu danışdırmır.

Evdən nə qədər oğurluq etmək olar? İndiyədək özünə bir cüt ayaqqabı da almayıb. Ona 100 min manata yaxın pul xərcləmişik. Oğurluq edib, bir neçə yeri yarıb gedib biz ödəniş etmişik. Elə anasından 30-40 min manat pul oğurlayıb. 23 yaşı var, uşaq deyil. İndiyədək saxlamışam, bundan sonra özü gedib yaşasın. Ondan qız qaçırdığına görə yox, etdiklərinə görə imtina edirəm. Demir ki, mən onu böyütməmişəm, onun üçün heç nə etməmişəm. Eybi yox, getsin, başını aşağı salıb yaşasın. Mən onun atası deyiləm".

Qeyd edək ki, oğulun "öz sünnətimdə ağlamağım yadımdadır" sözləri sosial şəbəkələrdə trendə çevrilib.

0