Ağstafada monitorinq həyata keçirildi - FOTOLAR

ÖLKƏ
14:15 / 17.02.2022
936

Ağstafada koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə sanitar-karantin qaydalarına əməl olunmasına dair növbəti monitorinq həyata keçirilib. 

HİT.az xəbər verir ki, ictimai nəqliyyatda-taksi, avtobuslarda, rayon ərazisindəki market, iri ticarət və ictimai-iaşə obyektlərində vətəndaşların COVİD-19 pasportunun olub-olmaması, tibbi maskalardan istifadə qaydalarına əməl olunması, sosial məsafənin qorunması qaydalarına diqqət yetirilib, əhalinin daha sıx olduğu yerlərdə müvafiq profilaktiki tədbirlər görülüb.

Araşdırmalar zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

0