Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək

ÖLKƏ
15:09 / 17.02.2022
1140

Havanın  dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Hit.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 18-i gündüz cənub-qərb küləyinin 19-u gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 18-19-da bəzi rayonlarda qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

0