Azərbaycanda bir ailənin beş üzvünün meyiti tapıldı: Üçü azyaşlıdır - YENİLƏNİB

ÖLKƏ
17:11 / 17.02.2022
1182

Qusarda bir ailənin dəm qazından boğularaq ölən üzvlərinin adları məlum olub.

Oxu.Az-ın məlumatına görə, dəm qazından ölən şəxslər ər-arvad və övladlarıdır.

Dəm qazından boğularaq ölənlərin Qusar şəhər sakinləri - 1987-ci il təvəllüdlü Rusif Şıxov və onun arvadı 1993-cü il təvəllüdlü Əminə Şıxova, 2017-ci il təvəllüdlü İmarə Şıxova və digər iki azyaşlıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə fevralın 17-də Qusar şəhəri, H.Əliyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında mənzillərdən birində qeydə alınıb. 

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda intensiv istintaq tədbirləri davam etdirilir.

*** 16:30

Qusarda dəm qazından zəhərlənənlər bir ailənin üzvüdür. 

Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində qeyd alınıb. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a fakt təsdiqlənib. 

Bildirilib ki, hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.

*** 16:14

Qusar rayonunda bir evdən beş nəfərin meyiti tapılıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.

1